Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:47

Davutoglu ermənilərin deportasiyasını "qeyri-insani" adlandırır


Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu deyib ki, 1915-ci ildə ermənilərin Türkiyədən Suriyaya deportasiyası qeyri-insani olub. Hürriyyət qəzetinin yazdığına görə, nazir Yerevan səfərində onu müşayət edən türkiyəli jurnalistlərə deyib ki, “bu, tamam səhv idi və qeyri-insani idi”.

Erməni tərəfinin iddiasına görə, 1915-1917-ci illər arası Türkiyədə erməniləri sistemli şəkildə qırıblar və 1 milyon 500 min erməni öldürülüb.

Türkiyə isə bildirir ki, Birinci Dünya Müharibəsi dövründə döyüşlərdən və aclıqdan 500 min erməni ölüb.

Türkiyə ermənilərin soyqırımı iddiasını qəti şəkildə rədd edir.

Ermənistanda səfərdə olan Davutoglu Ermənistanlı həmkarı Nalbandianla danışıqlardan sonra deyib ki, “başlıca vəzifə güclü əsasda dialoq mühitinin yaradılmasıdır”.

Türkiyə Ermənistanla sərhəddini 1993-cü ildə bağlayıb.

2009-cu ildə Ermənistan və Türkiyə barışıq sənədləri imzaladılar. Ancaq bir neçə ay keçməmiş tərəflər bir-birini yeni şərtlər irəli sürməkdə və sənədin maddələrini öz xeyirlərinə yozmaqda ittiham etdilər.

Daviutoglu deyib ki, “Bizim başlıca hədəfimiz təkcə sərhəddi açmaq deyil, həm də tam mənada sülhə aparacaq yolun təməlini qurmaqdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG