Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:01

Hüseyn Abdullayev Almaniyada siyasi sığınacaq aldı


Keçmiş millət vəkili və bəstəkar Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq alıb. Bu barədə H.Abdullayev "Azadlıq" qəzetinə göndərdiyi məktubda bildirib. Məktubda deyilir:

"Hörmətli həmvətənlər, dəyərli dostlar. Buradan, mühacir həyatı yaşadığım Almaniyadan bütün Azərbaycan xalqını, əziz bacı-qardaşlarımı səmimi qəlbdən salamlayıram. Sizlərə məlumat verirəm ki, artıq mənə Almaniya Federativ Respublikasında siyasi sığınacaq verilib.

Təməl insan haqlarının qorunması istiqamətində tutduğu ədalətli mövqeyə və Avropa dəyərlərinə daim sadiq qaldığına görə Almaniya hökumətinə, eləcə də Almaniya Bundestaqının deputatlarına media vasitəsilə dərin minnətdarlığımı və böyük təşəkkürümü bildirirəm".

H.Abdullayev bir müddət əvvəl Almaniyaya mühacirət edib, öz ölkəsində siyasi təqibə məruz qaldığından ona sığınacaq verilməsi üçün Almaniya hökumətinə müraciət edib. Almaniya hökuməti onun müraciətini araşdırıb və sonda məsələ müsbət həll olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG