Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:04

«Türkiyə-Ermənistan münasibətlərində dəyişiklik gözləməyə dəyməz»


Eduard Sharmazanov

Eduard Sharmazanov

-
Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu-nun Ermənistana səfərindən sonra iki ölkənin münasibətlərində hər hansı dəyişiklik gözləməyə dəyməz.

Bunu Ermənistan Respublika Partiyası (ERP) ali məclisinin iclasından sonra Ermənistan Milli Assambleyası sədrinin müavini, ERP-nin mətbuat katibi Eduard Sharmazanov deyib.

Onun sözlərinə görə, ERP-nin mövqeyi dəyişməyib: münasibətlərin ilkin şərtsiz qurulmasını istəyirlər:

«Biz Ermənistanın Türkiyə tərəfindən blokadasını qəbuledilməz sayırıq. Fikrimiz dəyişməz qalır: top meydançanın Türkiyəyə aid hissəsindədir. Türklər Ermənistan sərhədindəki blokadanı şərtsiz açmağa, bu prosesi Qarabağ münaqişəsinin tənzimlənməsinə bağlamamağa hazır olan kimi, ola bilsin, müəyyən proses başlasın».

Ermənistanın hakim partiyasının mətbuat katibi bildirib ki, sülh çağırışları etməkdənsə, türk həmkarları Ermənistan və dünya ictimaiyyətinin onlardan gözlədiyi addımları atsalar, yaxşı olar.

Ahmet Davutoğlu dekabrın 12-də Ermənistana Qara Dəniz Əməkdaşlıq Təşkilatının (QDƏT) xarici işlər nazirlərinin görüşünə gəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG