Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:29

Prezident İlham Əliyev Dədə Qorqud parkının açılışında iştirak edib



Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dədə Qorqud parkı Bakının Nərimanov rayonunda 6 hektar ərazidə salınıb. Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin müəllifi Əməkdar Rəssam, heykəltəraş Görüş Babayevdir.

Prezident elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb və mərasimdə çıxış edib.

Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılıb. “Trend” agentliyi xəbər verir ki, bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilib.

Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir. Parkda müasir şəlalə yaradılıb, gəzinti üçün körpülər inşa edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG