Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:35

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında ciddi nöqsanlar aşkarlanıb


Azerbaijan. Institute of Teachers
Azerbaijan. Institute of Teachers
-
Son aylar ərzində Təhsil Nazirliyinə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən hüquqi əsası olmadan diplomların verilməsi barədə çoxlu sayda məlumat daxil olub. Bu barədə Təhsil Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilir ki, Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir hissəsinin təhsil sənədləri yoxlanan zaman AMİ-nin Gəncə filialı tərəfindən verilmiş dövlət nümunəli olmayan diplomlar aşkar edilib.

Bu səbəbdən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tədris və maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılıb.

Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.

Bu pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib.

AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Respublika Baş Prokurorluğuna göndərilib.
XS
SM
MD
LG