Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:26

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT koalisiyası İllik Konfrans keçirir


-
Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT koalisiyası dekabrın 13-də İllik Konfrans keçirir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxışında deyib ki, mədən sənayesində şəffaflığın artırılması vacibdir. O bildirib ki, artıq ABŞ-ın da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulma və tam hüquqlu üzv olmaq barədə qərar qəbul edilib. Səfir Azərbaycanın bu sahədə əldə etdiyi təcrübəni də yüksək dəyərləndirib. Onun sözlərinə görə, EITI-yə qoşulanda sifarişlərin, alqı-satqı əqdləri və ümumilikdə kontrakt prosesinin də tam şəffaf olması sahəsində işlər aparılmalıdır.

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşşenko bildirib ki, sonuncu qəbul edilən EITI standartları kontraktların şəffaflığının artırılmasını nəzərdə tutur:

“Azərbaycan EITI-yə qoşulan ilk ölkələrdən biri olub və artıq böyük təcrübə toplayıb. Dünya Bankı şəffaflığın artırılması və anti-korrupsiya sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etməsi, onun diversifikasiyası şəffaflığın artırılması sahəsində işlərin daha da gücləndirilməsi zərurətini yaradır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG