Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:09

Müsavat partiyası müşavirinin məhkəməsi təxirə salınıb


Yadigar Sadıqov
Yadigar Sadıqov
-
Dekabrın 12-də Müsavat Partiyasının müşaviri, Lənkəran şəhər sakini Yadigar Sadıqovun növbəti məhkəmə prosesi olmalı idi. Hakim Elçin Kazımov təqsirləndirilən şəxsin vəkili Xalid Bağırovun məhkəmədə iştirak etmədiyini əsas gətirərək iclası təxirə saldı.

Məhkəmə dekabrın 23-də işinə davm edəcək.

Yadigar Sadıqov Cinayət Məcəlləsinin 221.3.1 maddəsi ilə təqsirli bilinir. Qarabağ veteranı, Lənkəran şəhər sakini Rəşid Kərimov Yadigar Sadıqovun onu döydüyünü iddia edir. Yadigar Sadıqov isə həbsini siaysi sifariş hesab edir.
XS
SM
MD
LG