Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:48

Ukrayna müxalifətinin lideri hökumətin vədinə inanmır


-
Ukrayna müxalifətinin lideri hökumətin Avropa Birliyi ilə Assosiasiya sazişi imzalayacağına dair vədini “yalan” adlandırıb. Bunu Batkivshchyna partiyasının rəhbəri Arseniy Yatsenyuk bəyan edib.

Baş nazirin birinci müavini Serhiy Arbuzov cümə axşamı Brüsseldə AB rəsmiləri ilə görüşüb və hökumətin sazişi “tezliklə” imzalayacağını deyib. Ancaq konkret tarix açıqlamayıb.

AB-nin genişlənmə üzrə Komissarı Stefan Fuele birliyin Assosiasiya Sazişini imzalayacağı halda Ukraynaya daha çox yardım ayıracağını, Kiyevin Beynəlxalq Valyuta Fondundan kredit götürməsinə yardım vəd edib. Detallar açıqlanmayıb.

Ukrayna hökumətinin ötən ay AB ilə saziş imzalamaqdan imtinası ölkədə AB tərəfdarlarının etiraz aksiyası ilə nəticələnib. Etirazçılar hələ də Kiyevin mərkəzi hissələrini tutur, hökumətin istefasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG