Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03
-
Cənubi Koreya və Birləşmiş Ştatlar Şimali Koreya liderinin dayısının xəyanət üstündə öldürülməsi barədə xəbərdən təlaşlandıqlarını bildiriblər.

Şimali Koreyanın dövlət mediasının yaydığı xəbərə görə, Kim Jong Un-un dayısı Jang Song Thaek hərbi tribunala çıxarılıb və dərhal da edam olunub. O, nüvə silahlı kommunist ölkəsinin ikinci nüfuzlu şəxsi sayılırdı. Qərb mətbuatı Jang Song Thaek-i ölkənin Çin modelinə keçmək tərəfdarı olan siyasətçi kimi də təqdim edir.

Bu həftə Jang rəsmi vəzifəsindən azad olunub, maliyyə idarəçiliyində qüsurlarda, qumar oynamaqda, arvadbazlıqda və narkotik maddə istifadəçiliyində ittiham olunub.

Cənubi Koreya rəsmi bəyanatında Şimali Koreyadakı hadisələrdən “dərin narahatlığ”ını və müttəfiqləri ilə məsləhətləşmələr apardığını bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurası bəyan edib ki, təsdiqlənsə, bu edam “Şimali Koreya rejimindəki aşırı qəddarlığa daha bir nümunədir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG