Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:03

5-ci mərtəbədən yıxılan 78 yaşlı qadın xilas edilib


Dekabrın 12-dən 13-nə keçən gecə Suraxanı rayonunda 1 nəfər yaşayış binasının eyvanından yıxılıb və köməyə ehtiyac yaranıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, 1935-ci il təvəllüdlü Ağayeva Mənsurə Mirzağa qızı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq 4-cü mərtəbədə yerləşən eyvanın damına düşüb və köməksiz vəziyyətdə qalıb.

Müxtəlif bədən xəsarətləri almış zərərçəkmişi yaxınları götürə bilmədikləri üçün “112” qaynar telefon xəttinə müraciət ediblər. Nazirliyin xilasediciləri binanın 4-cü mərtəbəsinin eyvanına qalxaraq vətəndaşın xilas edilməsini təmin edib və aidiyyəti üzrə təhvil veriblər.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Zamil Gülməmmədovun APA-ya verdiyi məlumata görə, 78 yaşlı Mənsurə Ağayeva intihara cəhd edib. O, özünü yaşayış binasının beşinci mərtəbəsinin eyvanından atsa da, dördüncü mərtəbənin eyvanının damı qadını ölümdən xilas edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG