Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:13

Ukrayna ilə Avropa Birliyi asosasiya sazişi imzalanmasına hazırlıqla bağlı danışıqlara başlayıblar.

Bu barədə İntefaksa Ukraynanın xarici işlər naziri Leonid Kojara məlumat verib.Onun sözlərinə görə, artıq bununla bağlı Brüsselə texniki komissiya göndərilib və həll edilməli olan məsələlər müəyyənləşdirilib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Aston bundan əvvəl Kiyevin sazişi imzalamq fikrində olduğunu bildirmişdi.

Ukrayna hökumətinin bu günlərdə bu sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etiraz aksiyalarına səbəb olub. Müxalifət hökumətin istefasını və sazişin imzalanmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG