Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:24

Yanukovych-in sevimli şairi Meydan hərəkatına qarşı


Boris Belash
Boris Belash
-

Ona saray şairi də deyənlər var. Amma “Ukrayna qəhrəmanı” fəxri adının sahibi donetskli Boris Belash daha çox prezident Viktor Yanukovych-in sevimli şairi kimi tanınır.

Kiyevdə mitinqlər keçirən avrointeqrasiya tərəfdarlarını qeyri-səmimilikdə suçlayan Belash mətbuata bildirib ki, prezident vəziyyəti nəzarətə almaq üçün “yetərincə müdrikdir. Onun və Allahın köməyi ilə bu məsələni yoluna qoyacağıq”.

Əks halda, şairin fikrincə, “elə bir quyuya, dərəyə yuvarlanacağıq ki, ordan çıxmaq onilliklər çəkəcək”.

Belash Kiyevin baş meydanında hökumətə qarşı keçirilən aksiyalarda aparıcı qüvvə olan gənclərin də bostanına daş atıb:

“Mən başa düşürəm ki, tələbələrin bir yerə yığışmaqdan, qışqırıb-bağırmaqdan, atılıb-düşməkdən xoşları gəlir. Amma böyük siyasəti reallaşdıranlar - heç zaman atılıb-düşənlərin olmayıb... Mən əminəm ki, o uşaqlar səmimilikdən, xalqın maraqlarını qorumaqdan uzaqdırlar. Onların çalışdığı tək şey hakimiyyəti ələ keçirməkdir. Amma bunu təkbaşına edə bilmirlər”.

Belash deyir ki, meydandakılardan fərqli olaraq prezident Yanukovych sədaqətli insandır:

“Bir unikal misal çəkim. Mən özüm qərar verə bilmirdim, amma onun səyi ilə həkimlər dəvət edildi ki, belimdə çox ağır cərrahiyyə əməliyyatı aparsınlar. Əməliyyat 5 saat çəkdi. O dedi ki, bu qədər əzab-əziyyət çəkdiyin yetər, gəl səni əməliyyat edək. Bax buna deyərəm konkret iş”.

Yanukovych Belash-ın yaradıcılığını çox sevir və həm ictimaiyyət qarşısında çıxışlarında, həm də dost çevrəsində onun şeirlərindən misal gətirir. Ona Ukrayna qəhrəmanı adını da Yanukovych verib: “milli-ədəbi irsin zənginləşdirilməsi işinə verdiyi böyük töhfə və bu sahədə uzun illər sərf etdiyi faydalı əməyə görə”...
Karikatura - Yanukovych. Müəllif: Євгенія Олійник
Karikatura - Yanukovych. Müəllif: Євгенія Олійник
XS
SM
MD
LG