Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Növbəti tədris ilindən illik dərs müddəti 2-3 həftə artırıla bilər


Təhsil Nazirliyindən APA-ya veilən məlumata görə, yeni dərs ilindən tədris müddəti uzadıla bilər. Bu, şagirdlərə müəyyən mövzuları daha yaxşı mənimsəməyə, öyrədilməsi vacib olan materialın hər həftəyə düşən həcmi baxımından daha da asanlaşdırılmasına, azaldılmasına gətirib çıxaracaq.

Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev:

“Ümumilikdə, tədris həftəsi müddətinin uzun olması ilə ölkənin inkişafı, həm də beynəlxalq qiymətləndirmədə göstərdiyi nəticələr arasında ciddi əlaqəlilik mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi, təxminən 38 həftədir. Azərbaycanda isə bu, hazırda 32 həftədir.

Nəzərə alsaq ki, il ərzində kifayət qədər bayramlar, tətillər var, o zaman tədris ili müddətinin təxminən 142-143 gün olması məlum olur. Yəni, bizim şagirdlər 365 gündən 142-143 gününü məktəbdə keçirirlər ki, bu da ilin yarısından da azdır. Təbii ki, bu mənada dünya standartlarına, dünyanın orta göstəricilərinə yaxınlaşmaq həm ölkə, həm valideynlər, həm də şagirdlər səviyyəsində yüksək nəticələrin əldə olunmasına gətirib çıxara bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG