Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:07

Putinin illik çıxışı oldu


Vladimir Putin
Vladimir Putin
O çıxışında daxili problemlərdən tutmuş, etniklərarası münasibtlər, immiqrasiya və beynəlxalq problemlər, habelə İ ran, Siriya və Ukraynadakı vəziyyətdən danışıb.
Putin xaricilər üçün ölkədə qalma müddətinin məhdudlaşdırılacağını deyib.

İranın nüvə proqramına gəldikdə isə Vladimir Putin bildirib ki, bu problemin həllində Tehranın dinc nüvə fəaliyyətinə təminat verilməlidir.

O Avropada yerləşdirilməsi planlaşdırılan hava hücumlarından medafiə sistemlərinə də toxunub: " İranın nüvə proqramı nə vaxt isə bu məsələdə başlıca arqument idi.Amma indi nə baş verir? İranın nüvə problemi aradan qaldırılır bu sistem isə qalır və əksinə inkişaf etdirilir".

Putin həmçinin qeyd edib ki, Rusiya hekomon ölkə olmaq və ya digər ölkələrə necə yaşamağı öyrətmıək fikrində fikrində deyil.O bildirib ki, bir sıra ölkələrin buna cəhd eləməsi Yaxın Şərq və Şimali Afrikada xaos və hərc0mərcliyə səbəb oldu.

Suriya məsələsinə gəldikdə isə Putin bildirib ki, istənilən beynəlxalq problem yalnız siyasi yolla həll edilməlidir.

Ukraynadakı siyasi böhrana gəldikdə isə Rusiya prezidenti Kiyevin siyasi həll yolu tapacağına ümidlə yanaşdığını qeyd edib.
XS
SM
MD
LG