Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:49

Azərbaycanda dəniz təhlükəsizliyi məqsədilə xüsusi proqram hazırlanır



Proqram Dəniz Təhlükəsizliyi Strategiyasında qarşıya qoyulan məqsədlərin icrası üçün hazırlanır. Bu barədə APA-ya Azərbaycan hökumətindən məlumat verilib.

Proqramda əsas ağırlıq hərbi təhlükəsizlik məsələlərinə verilir. Burada yeni gəmilərin alınması, hərbi donanmanın modernləşdirilməsi, sahil mühafizəsinin imkanlarının artırılması, dənizə nəzarət imkanlarının genişləndirilməsi, həmçinin ekoloji təhdidlərin önlənməsi məqsədi ilə müxtəlif tədbirlər və s. yer alır.

Proqramın 2014-cü ilin əvvəllərində razılaşdırılaraq təsdiq olunması gözlənilir.

Dəniz Təhlükəsizliyi Strategiyası bu ilin sentyabrında təsdiqlənib.

Strategiyada Azərbaycanın dəniz təhlükəsizliyi üçün 9 xarici və 8 daxili təhdid ehtimalı əksini tapıb.
XS
SM
MD
LG