Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:28
-

Kulis.Az saytı “Ən qısa hekayə” müsabiqəsi elan edib.

Müsabiqə üçün yazılar dekabrın 13-dən 23-nə qədər qəbul olunur.


Müsabiqənin şərtləri aşağıdakı kimidir:

1. Hekayələr Azərbaycan dilində yazılmalıdır.

2. Hekayələr üçün mövzu məhdudiyyəti qoyulmur.

3. Hekayələrin həcmi 500 işarədən (boşluqsuz) artıq olmamalıdır.

4. Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.Az saytında dərc olunacaq.

5. İştirakçılar kulis@lent.az ünvanına yazı ilə birlikdə məktubda özləri haqqında məlumat (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər.

6. Hər iştirakçı yalınız bir hekayə göndərə bilər. Hekayələr əvvəlcə heç bir KİV və internet resurslarında çap edilməməlidir. Çap edilmiş hekayələr müsabiqəyə buraxılmayacaq.

7. Qaliblər müsabiqənin iştirakçılarının arasında 25 dekabrda, saat 15.00-da APA Holdinqdə keçirilən açıq səsvermə ilə müəyyən ediləcək. Səsvermədən dərhal sonra mükafatlandırma mərasimi başlayacaq.

8. Birinci yerin qalibi 300, ikinci yerin qalibi 200, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə mükafatlandırılacaq.

9. Facebook sosial şəbəkəsində keçirilən sorğunun qalibi isə Kulis.Az-ın xüsusi diplomu ilə təltif ediləcək.

Təşkilat Komitəsinin üzvləri:

Sədr: Kulis.az saytının baş redaktoru Qan Turalı

Üzvlər: Ağa Cəfərli
Mirmehdi Ağaoğlu

Günün bütün mövzuları

XS
SM
MD
LG