Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Beynəlxalq təşkilatlar üçün yeni «sürprizlər» [Video]


-


Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq istəyən əcnəbilərə şərt tətbiq olunacaq.

«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanunun 7.5-ci maddəsinə edilən əlavəyə əsasən, xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşı olmalıdır.

SMDT rəhbəri Anar Məmmədli deyir ki, bu əlavələrin məqsədi xarici QHT-ləri ölkədən qaçırmaqdır:

«Hər il beynəlxalq təşkilatlar təzyiqlərə, yoxlamalara, sorğu-suala məruz qalırlar. Artıq bu müdaxilələri qanuniləşdirmək istəyirlər. İlk növbədə, bu məsələ birləşmək azadlığının pozulmasıdır. Heç bir Avropa Şurası ölkəsində belə müdaxilələr yoxdur. Hakimiyyət illər boyu çalışıb ki, insan haqları və demokratiya ilə bağlı təşkilatlarda öz nümayəndələri olsun. Bir sıra xarici təşkilatlara xəbərdarlıq edilir ki, filan şəxslər təşkilatda işləsə, problem yarana bilər. Bəzi təşkilatlar isə müəyyən proqram çərçivəsində müəyyən müddətdə çalışırlar. Bu baxımdan da belə şərtləri qəbul etməli olurlar…

Reyestr məlumatlarıyla bağlı məsələlər qəlizləşdirilir. Yeni təkliflərə görə, 90 gündən bir məlumatlar yenilənməlidir. Mən bilmirəm bu yenilənmə hansı formada həyata keçiriləcək. Bu dəyişiklər hansı zərurətdən yaranır, sual altındadır. Məqsəd ancaq total nəzarət yaratmaq ola bilər…» .

Şərhləri göstər

XS
SM
MD
LG