Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32
-
Mədəniyyət və Turizm Nazirliyində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının (4-7 dekabr) yekunları müzakirə olunub.

Əlaqədar dövlət qurumları və təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda Azərbaycanda keçirilən silsilə beynəlxalq tədbirlərin ölkəni dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq mərkəzinə çevirdiyi vurğulanıb.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında iştirak etmək üçün 793 nəfər qeydiyyatdan keçib, 116 ölkədən 611 nəfər (katibliklə birlikdə) iştirak edib.

Tədbir iştirakçılarının ümumi sayı (Azərbaycan tərəfi ilə birlikdə) 900-ə yaxın olub və budəfəki sessiya UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin tarixinə ən çox iştirakçı sayı olan iclas kimi düşüb.

Sessiyada “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs” siyahısına salınmaq üçün 12 nominasiya irəli sürülüb və cəmi 4 ölkənin - Azərbaycan, Qvatemala, Monqolustan, Uqandanın nominasiyaları siyahıya salınıb.

"Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı"na salınmaq üçün 31 nominasiya irəli sürülüb və onlardan 25-i qəbul olunub.

Hökumətlərarası Komitənin Bakı sessiyası həmçinin təşkilatın "Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya"sının 10 illik yubileyinə təsadüf edib.

Sessiya Azərbaycanda internet vasitəsilə onlayn yayımlanan ilk beynəlxalq tədbirdir və gündəlik izləyicilərinin sayı UNESCO Hökumətlərarası Komitəsinin əvvəlki sessiyalardan iki dəfə artıq - gün ərzində 14300 nəfər olub.

Yekun iclasında vurğulanıb ki, UNESCO Hökumətlərarası Komitəsinin Bakı sessiyasının ölkə üçün ən mühüm nəticələrindən biri bu sessiyada "Çövkən"in - Azərbaycan Respublikasının ənənəvi Qarabağ atüstü oyununun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs” siyahısına daxil edilməsidir.

Bu iclasda daha bir türk dastanı—qırğızların “Manas” dastanı da UNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı"na salınıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG