Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07
-

Bu il sentyabrın 20-də Bakıdakı “MediSina” klinikasında əməliyyat zamanı ölən tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev Baş Prokurorluğa çağırılıb. Baş prokurora etdiyi müraciətlə əlaqədar onun şikayəti dinlənib.

Görüş Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin əməkdaşı Ramin Qocayevin dəvəti ilə baş tutub.

A.Niftəliyev həyat yoldaşının ölümündə həkimləri günahkar bilir. O, görüşdə Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işinin istintaqının ləng getməsi, zərərçəkən kimi istintaqa verdiyi iddialarla bağlı istintaq hərəkətlərinin yubadılması, həmçinin onda olan qeyri-rəsmi məlumatlar haqqında danışıb.

A.Niftəliyev qeyd edib ki, N.Abbasov bu cinayət işinin şəxsən Baş prokuror Zakir Qaralovun nəzarətində olduğu və bununla bağlı xüsusi tapşırıq verdiyi barədə onu məlumatlandırıb:
Anar Niftəliyev

Anar Niftəliyev


“Sabahdan başlayaraq, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsində istintaq materiallarının araşdırılacağını və zəruri addımlar atılacağını bildirdilər”.

Əməliyyatın keçirildiyi klinikanın rəhbəri həmin vaxt iş başında olmadığını və buna görə də məsuliyyət daşımadığını deyib. İttiham edilən həkimlər isə mətbuata açıqlama vermirlər.

Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib, 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG