Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:36

Avropa Parlamenti İrana nümayəndə heyəti göndərəcək


-
Avropa Parlamenti 2007-ci ildən sonra ilk dəfə İrana nümayəndə heyəti göndərəcək. 5 nəfərdən ibarət heyətin rəhbəri AP-nin finli üzvü Tarja Cronbergdir. O, RFE/RL-ə bildirib ki, nümayəndələr İranda 1 həftə olacaqlar. Bu müddətdə İran parlament üzvləri, QHT-lər, hüquq müdafiəçiləri və Tehranın meri ilə görüşəcəklər.

Cronberg deyib ki, səfərin məqsədi İran rəsmiləri ilə dialoqun başladılmasıdır.
Nümayəndə heyəti 2012-ci il Saxarov mükafatının qalibləri Jafar Panahi and Nasrin Sotoudeh ilə də görüşəcəklərinə ümid edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG