Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:07

«Orqan alveri ilə məşğul olduğunuz üçün ATƏT-in hesabatına düşmüsünüz...»


Gülər Əhmədova
Gülər Əhmədova
-
12 dekabr medianın icmalı

“ORQAN ALVERİ İLƏ MƏŞĞUL OLDUĞUNUZ ÜÇÜN ATƏT-İN HESABATINA DÜŞMÜSÜNÜZ"...


“Nəticədən razı olmayan bir nəfər var, o da Gülər Əhmədovadır”

Bunu Gülər Əhmədovanın vəkili Əfsər Talıbov “Yeni Müsavat”a müsahibəsində deyib. Qəzetin 12 noyabr sayında o, Elşad Abdullayevin qardaşını tapmaqda maraqlı olmadığını bildirib:

“Siz orqan alveri ilə məşğul olduğunuz üçün ATƏT-in hesabatına düşmüsünüz. Bu barədə niyə danışmır və öz cinayətinizi etiraf etmirsiniz? Unutmayın ki, bu barədə barənizdə olan cinayət işinin istintaqı aparılır. Buyurun, gizlənməyin, qaçmayın, istintaqa gəlib bütün bu törətdiyiniz cinayətlərə aydınlıq gətirin. Fransada oturmayıb, doğulduğunuz, böyüyüb-başa çatdığınız, təhsil aldığınız dələduzluqla məşğul olub varlandığınız Azərbaycana gəlib törətdiyiniz cinayətlərə görə cavab verin”.

“AZƏRBAYCAN” QƏZETİNİN 12 DEKABR SAYI KEÇMİŞ PREZİDENT HEYDƏR ƏLİYEVƏ HƏSR EDİLİB

Heydər Əliyev
Heydər Əliyev
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkədə sahibkarlığın inkişafının onun adı ilə bağlı olduğunu bildirib:

“Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib. Onun rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verib”.

Prezidentin şərəf və ləyaqətinin qorunması haqqında qanun layihəsi hazırlanır. Bu barədə Apa-ya açıqlamasında Milli Məclis sədrinin birinici müavini Ziyafət Əsgərov deyib. O layihə üzərində işin tezliklə yekunlaşacağını bildirib:

“Hazırda Cinayət Məcəlləsində prezidentin şərəf və layaqətinin qorunması haqqında qanun var, amma bu qanun xüsusi əhəmiyyət kəsb edəcək”.

BÖYÜK BRİTANİYANIN XARİCİ İŞLƏR NAZİRİ WİLLİAM HAGUE GƏLƏN HƏFTƏ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

William Hague
William Hague
AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev bu səfərin səbəbləri barədə “Azadlıq” qəzetinə danışıb:

“Britaniyanın Azərbaycanla bağlı xarici siyasətində enerji məsələləri prioritetdir. Bununla yanaşı demokratiya məsələləri də önəmlidir. Böyük Britaniya həm maliyyə, həm texniki, həm də humanitar cəhətdən bu məsələlərdə Azərbaycana kömək etmək iqtidarındadır və bunu istəyir. Xarici işlər naziri eyni zamanda Azərbaycanın ”Şərq Tərəfdaşlığı" proqramında iştirakı ilə bağlı məsələləri də müzakirə edəcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG