Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

Gənc fəalların məhkəmə prosesi təxirə salınıb


-
“Nida” Vətəndaş Hərəkatının yeddi üzvü və “Azad Gənclik Hərəkatı”nın üzvünün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Buna hava şəraiti səbəb olub.

Proses dekabrın 18-də davam etdiriləcək.

NİDA-çı gənc Bəxtiyar Quliyev qanunsuz yollarla silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunur. Ona qarşı həm də narkotik maddə saxlamaq, xuliqanlıq və zorakılıqların, talan və yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və ya belə iğtişaşlara qatılma maddələri də qalldırılıb.

NİDA-çılardan Məmməd Əzizov və Şahin Novruzluya qarşı silah, narkotik maddə və iğtişaşla bağlı maddələr irəli sürülüb.

Digər NİDA-çı gənclər – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədli silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə və kütləvi iğtişaşa cəhddə ittiham olunurlar.

«Azad Gənclik» Təşkilatının fəalı İlkin Rüstəmzadəyə qarşı ittihamlar xuliqanlıq, silah və kütləvi iğtişaşla bağlıdır.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG