Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

Keçmiş prezident Heydər Əliyevin ölümündən 10 il keçir


Heydər Əliyev
Heydər Əliyev
-
Dekabrın 12-si Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 10 il keçir. Bununla bağlı paytaxtda və rayonlarda anım mərasimləri keçiriləcək.

Həmçinin Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov AzadlıqRadiosuna bildirib ki, yol polisi bu gün gücləndirilmiş iş rejimində işləyir. Ziyarətə gələnlərin təhlükəsizliyini təmin etmək və asanlaşdırmaq məqsədi ilə Bakının bir sıra istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub.

1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

Azərbaycan müstəqillik əldə etdiyi mərhələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaradıb.

1993-cü ilin iyununda Gəncədəki hərbi qiyamdan sonra siyasi hakimiyyətə dəvət olunub. 1993 və 1998-ci illərin oktyabrında Azərbaycanın prezidenti seçilib.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Dekabrın 15-də Fəxri Xiyabanda dəfn olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG