Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:19

Məhkəmələrdə öz xeyrinə qərar almağın qiymətləri...


Arxiv foto
Arxiv foto
-

Ermənistandan insan haqları üzrə müvəkkil – ombudsman ölkə məhkəmələrində “qərarların qiymətini” açıqlayıb. Ombudsman Karen Andreasyan bu həftənin əvvəlində yaydığı hesabatda məhkəmə sistemində öz xeyrinə qərar əldə etməyin qiymət cədvəlini bu cür təqdim edir:


  • Birinci instansiya məhkəməsində – 500 dollardan 10 000 dollara qədər,
  • Apelyasiya məhkəmələrində - 200 dollardan 15 000 dollara qədər,
  • Kassasiya şikayətlərini udmaq üçün – 10 000 dollardan 50 000 dollara qədər.

Ombudsman bu qiymətlər olan yerdə ümumiyyətlə ölkədə ədliyyə sisteminin etibarlılığının şübhə altında olduğunu bildirir.

Ermənistanın Baş prokuroru Gevorg Kostanyan dekabrın 11-də ombudsmana yazdığı cavab məktubunda bildirib ki, insan haqları müvəkkiliniun bu hesabat çox ciddi narahatlıq doğurur, amma sənəddə bircə dənə də fakt qeyd edilmir: “Heç olmasa bircə fakt göstərsəydi, araşdırmaya başlamaq olardı” – deyə Baş prokuror məktubunda yazıb.

Ermənistanın Hakimlər Şurası isə bəyanat verərək ombudsmanın hesabatını “dövlət əleyhinə yönəlmiş, gerçəklikdən tam uzaq, həvəskar səviyyəsində hazırlanmış və hakimin, məhkəmə hakimiyyətinin yüksək adına xələl gətirən iddialar” kimi qiymətləndirib.

Şura ombudsmandan “hakimlərin konstitutsion hüquqlarına hörmət etməyi, hakimin nüfuzuna xələl gətirə biləcək əməllərdən çəkinməyi” tələb edir.

Ermənistanda fəaliyyət göstərən insan haqları fəalları isə ombudsmanın müdafiəsinə qalxıblar. Onlar bildirirlər ki, ombudsman hesabatında sadəcə olaraq onların illərdir söylədikləri məsələləri yazıb.

İnsan haqları müdafiəçiləri əlavə edirlər ki, hesabatda fakt yazmaq ombudsmanın vəzifəsi deyildi. Bu iddiaları araşdırıb günahkarları cəzalandırmaq prokurorluğun vəzifəsidir.

Berlində mənzillənən Transparency International – Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatına görə Ermənistan korrupsiya indeksinə görə dünyanın 177 ölkəsi arasında 94-cü sıradadır.

Bu sırasına görə Ermənistanda vəziyyət Azərbaycandakından nisbətən yaxşıdır. Azərbaycanda qurumun siyahısından Ermənistandan da 33 pillə gedirdə – 127-ci pillədə göstərilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG