Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:37

İsmayıllı hadisələrinin səbəbkarı hesab olunana 9 il 6 ay həbs cəzası kəsilir


Bu ilin yanvarında İsmayıllı rayonunda baş vermiş hadisələrin səbəbkarları sayılan Emil Şəmdinov və Elməddin Məmmədova hökm oxunub. Şəki Ağır Cinayətlər Məhkəməsindən “Media forum” saytına verilən məlumata görə, Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Emil Şəmdinov İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı olub. Elməddin Məmmədov onun tanışıdır. Məhkəmənin qərarında deyilir ki, Emil Şəmdinov və Elməddin Məmmədov 2013-cü ilin yanvarın 23-də İsmayıllıda yerli sakinləri təhqir ediblər. İnsident böyüyərək kütləvi aksiyaya çevrilib, “Çıraq” oteli və müxtəlif markalı avtomobillər yandırılıb.

İsmayıllı olaylarına görə ümumilikdə 18 nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib. Emil Şəmdinov və Elməddin Məmmədovun işi təqsirləndirilən digər şəxslərin işindən ayrılıb. İsmayıllı olaylarına görə təqsirləndirilən 18 nəfərin işinə də Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Hələlik onların məhkəməsi yekunlaşmayıb.
XS
SM
MD
LG