Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:06

Bank işçiləri barədə cinayət işi məhkəməyə göndərilib


-
«AccessBank» əməkdaşları ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.

Bu barədə dekabrın 11-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Adıçəkilən bankın «20 Yanvar» filialının kredit mütəxəssisi Kamal Fərəcov tanışları Vüqar Rəhimov, Zamiq Dadaşov və Seyran Umudovla birlikdə 59 nəfərin adına 108 min 640 manatlıq krediti ələ keçirməkdə şübhəli bilinirlər. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin «dələduzluq» maddəsi ilə ittiham irəli sürülüb.

Dəyən ziyanın bir qismi təqsirləndirilən şəxslərə ödətdirilib.

İttiham təsdiqlənərsə, həmin şəxslər 7 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Adı çəkilən şəxslərin yaxınları və vəkillərinin mövqeyini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG