Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

Dövlət katibinin köməkçisi Kiyevdə nümayişçilərlə görüşüb


ABŞ Dövlət katibinin köməkçisi Victoria Nuland Kiyevdə Ukrayna prezidenti Yanukovichlə danışqlar aparıb. Onun görüşdən sonra dediyinə görə, Ukrayna prezidentinə açıq bildirib ki, meydanda nümayişçilərlə bu gecəki rəftar sivil cəmiyyətlərdə yolverilməzdir.

Bundan əvvəl Nuland Kiyevdə meydanda toplaşan nümayişçilərlə görüşüb. Nuland nümayişçilərə və polisə sendviçlər paylayıb.

Polis şəhər meriyasının binasını tutmuş 200 nümayişçini binadan zorla çıxarmaq fikrindən daşınıb. Daxili İşlər naziri Zakharchenko bildirib ki, nümayişçiləri zorla dağıtmaq olmayacaq. Bu bəyanatdan əvvəl polis səhər tezdən şəhər meydanına daxil olaraq çadırları və barrikadalrı dağıtmağa başlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG