Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:40
-
«Hər gün 300-500 nəfər «Koroğlu» metrosu tərəfdən Zabrat qəsəbəsi istiqamətində hərəkət edən avtobuslarla bura gəlib bu dayanacaqda düşürlər və ölüm qorxusu altında bu yolu keçirlər».

Sabunçu rayonu, «6-cı mədən» yaşayış massivinin sakini Aydın Məmmədov «Qaynar xətt»ə «Koroğlu» metro stansiyasından Zabrat qəsəbəsinə gedən yoldan danışır:

«Bu yolda baş verən qəzaların sayı-hesabı yoxdur. Piyadalar yolu keçə bilmirlər, çünki nə keçid qoyulub, nə svetofor».

Sakinlər Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət ediblər, ərazidə svetofor quraşdırılmasını istəyiblər.

Baş Dövlət Yol Polisi İdarəsi isə deyir ki, həmin yolda təzəliklə svetofor qoyulub. Sadəcə, dayanacaqdan 300 metr aralıdadır.

Elə sakinləri narahat edən də budur.

Aydın Məmmədov: «Belə çıxır ki, biz dayanacaqda düşüb 300 metr yol qət etməliyik ki, svetofora çataq və ordan yolu əks istiqamətə keçək. İş orasındadır ki, həmin yolda piyadalar üçün heç səki də yoxdur».

Hüquqşünas Namizəd Səfərov deyir ki, sakinlər yerli icra hakimiyyətinə və Nəqliyyat Nazirliyinə kütləvi müraciət edib ərazidə keçid tikilməsini tələb edə bilərlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG