Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

Kiminin xərci, kiminin maaşı [Video]


-


Deputat Vahid Əhmədov «İşdən sonra» verilişində qiymət artımı və deputatların maaşının qaldırılması ilə bağlı suallara cavab verib:

«Elə dövlət yoxdur ki, qiymət artımı orada normal qarşılansın. Çünki bu, birbaşa sosial həyata təsir edən amildir. 2014-cü ilin büdcəsi müzakirə olunarkən biz bu artımın gözləndiyini hiss etmişdik. Büdcənin gəlirləri azalıb. Bu azalma neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Yanacağın qiyməti də büdcə kəsrinə görə artırılıb. Təbii ki, bu artım istər ərzaq, istərsə də qeyri-ərzaq mallarına təsirsiz ötüşə bilməz. Lakin deputatlara qiymət artımı ilə bağlı konkret məlumat verilməyib. Bu məsələnin Tarif Şurasının ixtiyarında olduğu qeyd olunub. Bütün dünyada bu cür şuralar var. Lakin həmin şuralar müstəqildir. Azərbaycanda isə Tarif Şurasının sədri iqtisadi inkişaf naziridir. Şurada nazir müavinləri təmsil olunur. Təbii ki, onlar müstəqil qərar vermək iqtidarında deyillər...».

«Mən ayda iki-üç dəfə Qubaya gedib vətəndaşları qəbul edirəm. Maaşımın 70-80 faizi yollara və insanların ehtiyaclarının həll edilməsinə xərclənir. Bu baxımdan, deputatların maaşlarının artırılması normaldır. Dünyada deputatların maaşı daha yüksəkdir. Müəllimlərin, həkimlərin maaşı, təqaüdlərin artırılması da parlamentdə həmişə müzakirə olunur. Milli Məclis bu məsələləri həll etmək iqtidarında deyil. Bu, hökumətdən asılıdır. Ancaq həkimlərin, müəllimlərin maaşının artırılması planı var. Yəqin ki, bu məsələ də ilin sonunadək həll edilər...».

Şərhləri göstər

XS
SM
MD
LG