Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:55

Azərbaycanlı fəal azadlığa buraxılıb


Azərbaycanlı fəal, iki aydan çox Təbrizin mərkəzi həbsxanasında saxlanan Əkbər Mühaciri azadlığa buraxılıb. Bu barədə “Media forum” saytının məlumat yayıb. Ə.Mühacirinin müvəqqəti azadlığa buraxılması ailəsinin qoyduğu mülk girovu qarşılığında mümkün olub. Fəalın həbsdə saxlandığı müddətdə müxtəlif fiziki və psixi təzyiqlərə məruz qaldığı bildirilir.

Ə.Mühaciri 2011-ci ildə Urmiya gölünün qurumasına etiraz aksiyalarına qatıldığına görə digər bir neçə fəalla birlikdə saxlanılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG