Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

“Yuxarıda padşah, aşağıda baronlar..."


Hikmət Hacızadə
Hikmət Hacızadə
-
11 dekabr medianın icmalı

“YUXARIDA PADŞAH, AŞAĞIDA BARONLAR...”

“Bizdə orta əsrlər feodalizmi, ya da quldarlığın yumşaq formasıdır”.
Bunu “Media Forum” saytına müsahibəsində politoloq Hikmət Hacızadə deyib.

“Bizdə sosial siyasi sistem orta əsrlər feodalizmi, ya da quldarlığın yumşaq formasıdır. Yuxarıda padşah, aşağıda baronlar və ya oliqarxlardır. Ondan aşağıda olanlar pulu toplayır, yuxarı ötürür. Cəmiyyət öz süstlüyü, sakitliyi ilə bu ovqatı yaradıb”.

“SÜLH PROSESİNİN İRƏLİ GETMƏMƏSİNİN SƏBƏBİ”
“Bütün bu sülh prosesinin irəli getməməsinin səbəbi qarşı tərəfin siyasi iradəsinin olmamasıdır. Ermənistan bu məsələnin həllinə hələ hazır deyil".

Xələf Xələfov
Xələf Xələfov
ANSPRESS-in yazdığına görə, bunu Azərbaycanın işğal olunmuş iki rayonun geri qaytarılması ilə bağlı Türkiyə mətbuatının yazdıqlarına münasibət bildirən xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Türkiyə və Ermənistan arasında sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş bir neçə rayonun geri qaytarılması şərtinin irəli sürülməsi danışıqların predmetidir. Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Münaqişənin çözülməsi üçün Azərbaycanın ərazi bütövlüyü çərçivəsində işğal olunmuş ərazilərində bütün problemlər həll olunmalıdır".

Türkiyə mətbuatında yayılnan məlumatlara görə, Türkiyə tərəfi Ermənistanla sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş iki rayonun geri qaytarılması şərtini irəli sürülüb.

TÜRKIYƏNİN REGİONDA FƏALLAŞMASI

“Kaspi” qəzeti Türkiyənin regionda fəallaşmasına toxunur və bu fəallaşmanın nə qədər müsbət nəticə verəcəyinə aydınlıq gətirməyə çalışır.

Qəzetin yazdığına görə, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması istiqamətində yenidən fəaliyyətə keçməsi də maraq doğurur. Qəzet bunu Azərbaycan və Ermənistan prezidentlərinin təmasları və müzakirələri bərpa etməsini AKP də bir fürsət kimi dəyərləndirərək hərəkətə keçib.

“...2015-ci ildə «soyqırımı»nın 100 illiyi ilə bağlı erməni lobbisinin dünya miqyaslı antiTürkiyə kampaniyasının səngidilməsi məsələsində AKP iqtidarı Ermənistanla müəyyən uzlaşmaların əldə olunmasına çalışır. Davudoğlunun səfəri də bu məqsədə xidmət edir.

Lakin daim destruktiv və uzlaşmaz mövqe tutan Ermənistanın Türkiyənin etməsi gözlənilən jestinə hansı reaksiyanı verəcəyi məlum deyil. Çünki bu dövlət və onun rəhbərlərinin müstəqil qərarvermə imkanları məhduddur və rəsmi Moskva ilə razılaşdırmamış hər hansı addım ata bilməzlər. Bu mənada Moskvanın məsələyə hansı reaksiyanı verəcəyi daha maraqlıdır. Ermənistanı həm siyasi, həm də iqtisadi cəhətdən daim öz nəzarətində saxlamağa çalışan Rusiyanın sərhədlərin açılması ilə onun Türkiyə ilə yaxınlaşmasına razılıq verəcəyi inandırıcı deyil. Çünki məhz siyasi və iqtisadi təzyiq rıçaqlarından yararlanmaqla Rusiyanın Ermənistanı artıq forpostuna çevirdiyi aydındır”.

Arxiv foto
Arxiv foto
“7 MANATLIQ QAZ ƏHALİYƏ 100 MANATA SATILIR”

“Azadlıq” qəzeti yazır ki, Azərbaycanda “7 manata başa gələn qaz əhaliyə 100 manata satılır”.

“Bundan başqa, əhali ildə 1 mlrd kubmetr istifadə edir, amma “Azəriqaz” bu göstəricini 3 dəfə şişirdir. Emal müəssisələri yetərincə olmadığı üçün əhali təmizlənməmiş qaz alır, nəticədə zəhərlənmə və ölüm hadisələri olur”.

“YAP TƏK VƏDLƏR VERMİR...”

“YAP insanlara təkcə vədlər verməklə kifayətlənməyib”. Bunu “Azərbaycan” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının İcra katibi, baş nazirinin müavini Əli Əhmədov deyib.

Əli Əhmədova görə, tək vədlərlə hər hansı bir təşkilat insanları özünə inandıra bilməz.

Əli Əhmədov
Əli Əhmədov
“YAP eyni zamanda, keçdiyi yolla, qoyduğu izlə insanları verdiyi vədləri yerinə yetirməyə qadir olduğuna inandırmağa nail ola bilib. Eyni zamanda, YAP o vədləri verib ki, əvvəla, onlar real xarakter daşıyıb. İkincisi, YAP həmin vədləri həyata keçirmək imkanına malik olub. Zaman daim göstərib ki, partiyamız vədlərinə həmişə sadiq qalıb. Bu, YAP-ın artıq formalaşmış imicinə çevrilib. YAP-ın uğurlarının, qələbələrinin kökündə dayanan bu reallıqlar, bu amillər və faktorlardır.

Bir sözlə, Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarını öz fəaliyyətində ali dəyərlər kimi qəbul etməkdə və Azərbaycan xalqının milli maraqlarına uyğun fəaliyyət göstərməkdədir”.

AVTOMOBİL BAZARINDA BAHALAŞMA

“Bizim yol” avtomobil bazarından yazır. Qəzetin yazdığına görə yanacaq bahalaşmasından sonra “dizellə işləyən avtomobillərin qiyməti 1000 manat bahalaşıb. Gürcüstandan yeni gələnlər deyirlər ki, orada avtomobil alveri ilə məşğul olan həmyerlilərimiz qiyməti 1000 dollar bahalaşdırıblar, baxmayaraq ki, qonşu ölkədə benzinin dəyəri olduğu kimi qalır. Avtomobil Azərbaycana gətirildiyi zaman həmin vəsait milli valyutaya çevrilib 1000 manat satış qiymətinə əlavə edilir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG