Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:30

KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklər edilib


-
Bu barədə məlumat dekabrın 10-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİV DF) keçirdiyi iclasda açıqlanıb.
Müzakirələr zamanı layihələrin icra müddətinin 6 aydan 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi təklif olunub.
Eyni zamanda Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, ötən dövrdə ayırmış maliyyə yardımları mətbuatın texniki imkanlarının, dövriliyinin və tirajlarının artmına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması təklif olunub. Səs çoxluğu ilə qəbul edilib.
Fond dekabrın 10-da həmçinin KİV layihələrinin maliyyələşdirlməsi ilə bağlı yeni müsabiqə elan edib. 19 mövzu üzrə elan olunan layihələr üçün maksimum məbləğ 30 min manat müəyyən edilib. Hər KİV bir layihə təqdim edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG