Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:00

Ukraynada mitinq dağıdılır - Canlı


-


Dekabrın 11-i səhər saatlarından başlayaraq Ukrayna milisi və xüsusi təyinatlılar avrointeqrasiya tərəfdarlarının İstiqlaliyyət meydanındakı barrikadalarına hücum ediblər.

“RİA Novosti”nin məlumatına görə, “Berkut” xüsusi təyinatlıları aksiyaçıların arasına girərək onları iki hissəyə bölüb. Müxalifət deputatları Vitali Klitschko ilə Arseniy Yatsenyuk-un aksiyaçıların ön cərgəsində durduğu bildirilir.

Müxalifət liderləri əhalini geri çəkilməməyə çağırıb və bildiriblər ki, mitinqçilərin növbəti dəfə dağıdılmasından sonra hakimiyyətlə kompromisə getməyəcəklər.

Meydanda 25 minə yaxın adamın toplandığı və insanların gəlməkdə davam etdiyi bildirilir. Taksi sürücüləri “avromaydan”a getmək istəyənləri pulsuz daşıyır.

Ukrayna daxili işlər nazirliyi bildirib ki, Kiyevin mərkəzinin tutulması nəticəsində hüquq-mühafizə orqanlarının 10 əməkdaşı zərər çəkib.

Ukrayna hakimiyyətinin Avropa Birliyi ilə Assosiasiya sazişinin imzalanmasını təxirə salmasından sonra noyabrın sonlarından başlayaraq Kiyevdə və Ukraynanın digər şəhərlərində avrointerqasiya tərəfdarları etiraz aksiyalarına başlayıblar.

Etirazçılar baş nazir Mykola Azarov-un istefasını, bundan başqa ölkədə vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsini tələb edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG