Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

Catherine Ashton Ukrayna prezidenti ilə görüşdü


Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Catherine Ashton Ukrayna prezidenti Viktor Yanukovych-lə görüşüb. Bu barədə Catherine Ashton-nun mətbuat katibi Twitter-də məlumat yayıb.

Qeyd olunur ki, Ashton müxalifət liderləri ilə görüşməzdən əvvəl Yanukovych-lə siyasi böhranın həll olunması ilə bağlı 3 saat yarım “dolğun” söhbət aparıb.

Yanukovych dekabrın 10-da bəyan edib ki, Ukrayna Avropa Birliyi ilə daha sıx əlaqələrin yaradılmasını davam etdirəcək, amma Rusiya ilə də “normal iqtisadi münasibətlər” qurmalıdır.

O həmçinin martda baş tutacaq Ukrayna-Avropa Birliyi sammitinin planlarının işlənməsi ilə bağlı yüksək çinli Ukrayna nümayəndə heyətinin Brüsselə yollanacağını bildirib.

Yanukovych istəyir ki, Avropa Birliyi ilə Assosiasiya sazişi imzalanacağı halda Ukrayna üçün iqtisadi risklər minimuma endirililsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG