Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:55
"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Qol.Az-ın məlumatına görə, bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb.Amma Syomin hələlik məsələyə münasibət bildirməyib.

Syominin rəsmi nümayəndəsi Dmitri Salyuk isə onun Azərbaycanı seçməsini düzgün addım adlandırıb: "Azərbaycan Futbol Federasiyasının Syomini milli komandanın baş məşqçi vəzifəsinə namizəd görməsi təəccüblü deyil. Syomin əvvəllər turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandada əla nəticələr qazanır. Onun rəhbərliyi altında komanda artıq yüksək yerlər uğrunda mübarizə aparır. Düşünürəm ki, Syomin Azərbaycan millisini çalışdırmaq variantını nəzərdən keçirəcək, amma məncə, o klubdakı işinə üstünlük verəcək".

Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Berti Vogtsun AFFA ilə müqaviləsi başa çatmaq üzrədir.

AFFA İcraiyyə Komitəsi yaxın günlərdə milliyə baş məşqçinin təyinatı məsələsinə baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG