Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56

Dünyada ən gözəl: New York Ictimai Kitabxanası (Fotolar)


-

Dünyanın ən gözəl kitabxanaları


NEW YORK ICTIMAI KITABXANASI


19-cu əsrin sonunda yaradılıb. Əsas təşəbbüskarlardan biri Nyu-Yorkun qubernatoru, prezidentliyə namizəd Samuel Cons Tilden olub. O, varidatının çoxunu – 2,4 milyon dolları pulsuz kitabxananın yaradılması üçün vəsiyyət edib.

Kitabxanada 20 milyon kitab, eləcə də 30 milyonadək xəritə, plan, videoyazı və s. saxlanır. 15-ci əsrdə Quttenberqin çap etdiyi Bibliyanın bir nüsxəsi də buradadır.

Kitabxana özəl qeyri-kommersiya qurumudur. Həm özəl mənbələrdən, həm də dövlət büdcəsindən maliyyələşir. Bütün bölmələrindən istifadə pulsuzdur.

Kitabxananın 90-a yaxın bölməsi var. Bunlardan 77-si şəhərin müxtəlif yerlərindəki filiallardır. Bundan başqa kitabxananın evə kitab verən 4 əsas bölməsi, evə kitab verməyən 4 elmi bölməsi və gözdən əlil və digər fiziki qüsuru şəxslər üçün nəzərdə tutulmuş bölməsidir.






Kitabxananın köhnə rəsmi

Kitabxananın köhnə rəsmi







Quttenberqin çap etdiyi Bibliya

Quttenberqin çap etdiyi Bibliya

Günün bütün mövzuları

XS
SM
MD
LG