Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:23

Bakının Sahil bağının "Cümhuriyyət bağı" adlandırılması təklif olunur


Azərbaycan Sahil bağı

Azərbaycan Sahil bağı

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyəti Bakının mərkəzindəki Sahil bağında Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə abidə qoyulmasını təklif edib.

AQHMC-dən APA-ya verilən məlumata görə, cəmiyyətin İdarə Heyətinin iclasında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı yüksək qiymətləndirilib: "İdarə Heyəti üzvləri təşəbbüslə çıxış edərək Sahil bağı (keçmiş “26-lar bağı” ) adlanan sahədə Azərbaycan Cümhuriyyəti qurucularının xatirə abidəsinin qoyulmasını və həmin bağın “Cümhuriyyət müraciət etmək barədə qərar qəbul ediblər".

Bəyanatda abidənin qarşısında əbədi məşəl də qoyulması təklif edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG