Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Makedoniyada zəlzələdən yıxılan teatr binasının yarım əsr sonra açılışı olub


Skopyedə teatrın yeni binası
Skopyedə teatrın yeni binası
Açılış mərasiminə Azərbaycandan da dəvət olunanlar vardı.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, teatrın direktoru İsrafil İsrafilov və prodüser şöbəsinin müdiri Rəcəb Məmmədov Makedoniya Milli Teatrının yeni binasının açılış mərasiminə qatılıblar.

1963-cü ildə Makedoniyada baş vermiş zəlzələ nəticəsində Milli Teatrın binası yerlə-yeksan olub və o vaxtdan teatr binasızlıq şəraitində fəaliyyət göstərib.

Nəhayət, yarım əsrdən sonra paytaxt Skopyedə teatr üçün yeni bina tikilib.

Müasir tələblərə cavab verən teatr binasının tikintisi Makedoniya teatrının renessansı kimi qəbul edilir.

Açılışdan sonra teatrda Makedoniyanın məşhur modernist yazıçısı Cordan Pleneşin pyesi əsasında hazırlanmış “Əbədi ev” tamaşasının nümayişi olub.

Təntənəli açılış mərasiminə Azərbaycan teatrının təmsilçiləri ilə yanaşı dünyanın müxtəlif ölkələrindən tanınmış teatr xadimləri, rejissorlar, aktyorlar, teatrşünaslar, direktorlar, prodüserlər, festival təşkilatçıları dəvət olunub.

Səfərdə Azərbaycan heyəti Makedoniya teatrı ilə, eləcə də dəvət olunmuş qonaqlarla bir sıra işgüzar görüşlər keçirib, Azərbaycan teatrının beynəlxalq əlaqələrinin gücləndirilməsinə yönəlmiş danışıqlar aparıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG