Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57
Cənubi Afrikanın paytaxtı Yohanesburqda ötən həftə vəfat eləmiş keçmiş prezident Nelson Mandela ilə vida mərasimi keçirilir.2010-ci ildə Mandelanın son dəfə ictimaiyyət arasına çıxdığı stadionda keçirilən tədbirdə 70 ölkə liderinin iştirakı nəzərdə tutulub.Bu demək olar ki, dünya liderlərinin iştirak etdiyi ən böyük matəm mərasimidir.

ABŞ prezidenti Barack Obama mərasimdə çıxış edərkən Mandelanın tarixin nəhəng şəxsiyyətlərindən biri olduğunu bildirib, Allahdan ona dua diləyib və Cənubi Afrika xalqına xoşbəxtlik arzulayıb.

Nobel sülh mükafatçısı, insan haqları müdafiəçisi, Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandela ötən cümə axşamı 96 yaşında vəfat edib. Dəfn mərasimi dekabrın 15-də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG