Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Statistika Komitəsi işləyənlərin sayının artdığını bildirir


Noyabrın 1-i üçün Azərbaycan iqtisadiyyatında 1 505,6 min nəfər çalışıb. Bu, ilin əvvəlindəkindən 1,88% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabrın əvvəli üçün dövlət sektorunda 901,8 min nəfər çalışıb. Bu, yanvarın əvvəlindəkindən 2,7 min nəfər çoxdur.

Özəl sektorda işçi sayı 578,6 mindən 603,8 min nəfərə (+4,3%) artıb. Artım daha çox tikinti və ticarət sektorunda olub. Sənayedə işçilərin xüsusi çəkisi ilin əvvəlindən 12,7%-dən 12,3%-ə azalıb.
XS
SM
MD
LG