Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:34

“Biz şokdayıq” – Dünyaca məşhur yazıçılar ayağa qalxdı


Orxan Pamuk

Orxan Pamuk

-

Dünyaca məşhur yazıçılar, o cümlədən Nobel mükafatçıları Orxan Pamuk, J.M. Coetzee, Elfriede Jelinek, Günter Grass və Tomas Tranströmer, eləcə də Umberto Eco, Don DeLillo Amerika Milli Təhlükəsizlik Agentliyinə qarşı açıq məktuba imza atıblar.

Məktubda deyilir ki, Amerika hökumətinin mobil rabitə və interneti total şəkildə izlənməsi dünyada fikir azadlığına ziyan vurur. Bu həm də bəşəriyyətin əldə etdiyi böyük uğurlardan biri olan günahsızlıq prezumpsiyasını pozur, günahsız insanlara şübhəli kimi yanaşılır.

10 dekabr – İnsan Haqları Günündə yayılan müraciətə imza atan yüzlərlə yazar dünya boyu hökumətləri və korporasiyaları vətəndaşların şəxsi həyatına hörmət etməyə çağırıblar.

Yazarlar BMT-dən xahiş edirlər ki, rəqəmsal haqlar barədə beynəlxalq konvensiya hazırlanıb qəbul edilsin. Orada hansı şəxsi məlumatların hansı hallarda kim tərəfindən əldə edilə bilməsi aydın göstərilsin.
Gunter Grass

Gunter Grass


“The Guardian” qəzeti yazır ki, ABŞ öz müttəfiqləri Britaniya və Avstraliya ilə birlikdə BMT-də rəqəmsal şəxsi həyatla bağlı hazırlanan qətnamə layihəsinin sərt alınmamasına çalışır.

Amerikanın “The Huffington Post” qəzeti müraciətin təşəbbüskarlarından olan danimarkalı yazar Janne Teller-in fikirlərinə yer ayırıb.

O deyir ki, kütləvi nəzarət demokratiyaya zərbə vurur: “Biz şokdayıq ki, niyə buna qarşı daha çox adam çıxmır”.

Teller 500-dən artıq yazarın imzasının siyasətçilərə təsir edəcəyinə, müraciətin ictimaiyyət üçün olan versiyasına sadə amerikalıların da imza atacağına ümid edir. Çünki, yazarın fikrincə, nəzarət altında olan insan azad insan sayıla bilməz, bu isə Amerika cəmiyyətinin söykəndiyi təməl prinsipə - insan azadlıqlarına ziddir. Müraciətdə deyilir ki, rəqəmsal sferaya kütləvi nəzarət əslində oğurluqdur, çünki yalnız insanın özünə məxsus olan, onun şəxsi həyatına, davranışına aid olan məlumatların gizli şəkildə əldə edilməsidir.

oxuzali.az

Günün bütün mövzuları

XS
SM
MD
LG