Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:45

İsmayıllının palçıqlı küçələri...


İsmayıllı
İsmayıllı
-
İsmayıllının yuxarıbaş adlanan ərazisindəki küçələr indi bir növ bataqlığı xatırladır. Yollar olduqca yararsızdır və dizə qədər palçığa batmalı olursan. Xeyli əvvəl bu küçələrdə kanalizasiya çəkilişi adı ilə iş aparılıb. Ancaq bugün nə kanalizasiya işləyir, nə də ki, dağıdılmış küçələr bərpa olunub.

İsmayıllı
İsmayıllı
“ÜÇ İLƏ YAXINDIR Kİ, YOLLAR BU GÜNDƏDİR”

Sakinlərdən Seyran Məmmədov deyir ki, palçıq əlindən zara gəlmişik:

“Evə getmək üçün istənilən taksi sürücüsünə yaxınlaşırsan o,dəqiqə deyir ki,üç manata gedirəm, yoxdursa yollar bərbaddır, sərf eləmir. Üç ilə yaxındır ki, yollar bu gündədir.

Dəfələrlə müraciət eləmişik baxan, tədbir görən yoxdur. Arada bir-iki maşın çınqıl gətirib küçələrdəki çuxurlara doldururlar. O,da ki, üç, dörd gündən sonra yenə əvvəlki vəziyyət yaranır. İnanın, daha dözə bilmirik. İnsan nə qədər əzab çəkər?”

“GÖRÜNƏN KƏNDƏ NƏ BƏLƏDÇİ”

Sakinlərdən Sahib Osmanovun deyir:

“Öz gözünüzlə gördünüz, görünən kəndə nə bələdçi. Yollarımızla hərəkət etmək çox qəlizdir. Siz bir məktəblilərin dərsdən evə döndükləri anı görəsiniz. Adam xəcalət çəkir, dərd burasındadır ki, xəcalət çəkməli olan rəhbərlərin heç vecinə deyil. Bilirsiniz, çox danışıb sizi də, özümü də yormaq istəmirəm. İsmayıllıda özbaşınalıqdır, heç bir şikayətə baxılmır. ”

“KABİNETLƏRİNİZDƏN ÇÖLƏ ÇIXIN”

Başqa bir sakin İlyas Babayev:

İsmayıllı
İsmayıllı
“Axşam evə qayıdanda kürəyimizə kimi,palçığın içində oluruq. Allah haqqı xəcalət çəkirik. Bir xeyrə, şərə gedəndə üst başımız elə kökə düşür ki, görən deyir bunlar hansı bataqlıqdan gəlib?

Cənab məmurlar, bir kabinetlərinizdən çölə çıxın, gəlin bir bizim küçələrimizlə piyada hərəkət edin, sonra qərarı özünüz verəcəksiniz.”

“VƏZİYYƏT MƏLUMDUR TEZLİKLƏ...”

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini, Mahmud Süleymanov isə sakinlərin şikayətinə belə cavab verir:

“Bəli, deyilən ərazidə yolların vəziyyəti barədə tam şəkildə məlumatımız var. Rayon rəhbərliyi də oraların abadlaşdırılması ilə bağlı göstəriş verib. Özünüz görürsünüz ki, rayonda ciddi şəkildə abadlıq, tikinti işləri aparılır.

Deyək ki, elektrik xəttlərinin dəyişdirilərək yeniləri ilə əvəzlənməsi, rayon içi yolların təmiri, kənd və qəsəbə yollarının əsaslı təmiri gedir. Həmin ərazidə “Kolin” şirkəti kanalizasiya xəttlərini quraşdırıb, xırda tamamlama işləri qalıb. Yaxın vaxtlarda bu problem öz həllini tapacaq. İnşallah, ondan sonra tez bir zamanda orada yolların təmirinə başlanacaq.

İsmayıllı
İsmayıllı
Sakinlər də bir az tələbkar olsunlar, ərazidə iş aparan şirkətdən işi gördükdən sonra küçənin dağıdılmış yerlərinin heç olmasa düzəldilməsini tələb etsinlər.

Şəxsən özüm də podratçı təşkilatın iş icraçılarıyla bu istiqamətdə söhbət aparacam. Bilirsiniz, uzun illərdir ki, rayonda yığılıb qalmış problemlər var.

Birdən birə hamısını həll etmək fiziki baxımdan mümkünsüzdür. Ancaq yenə deyirəm ki, narahat olmasınlar, tezliklə həmin yollar təmir olunacaq.”
XS
SM
MD
LG