Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:58

Dekabrın 12-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Dekabrın 12-də keçmiş prezident Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı polis gücləndirilmiş iş rejimində işləyəcək. Bakıda bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, polis naryadlarının sayı artırılacaq.

Dekabrın 12-də səhər saat 08.00-dan başlayaraq Fəxri xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M. Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, M. Hüseyn küçəsi - Teleteatrın binası yanından, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Hərəkət istiqaməti dəyişdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG