Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:58

Türkiyə parlamentinin həbsdə olan müxalif deputatı azadlığa çıxıb



Türkiyə parlamentinin həbsdə olan müxalif deputatı Mustafa Balbay (CHP) ötən gecə azadlığa çıxıb.

Türkiyə mediasının məlumatına görə, həbsxana qapısı qarşısında onu CHP tərəfdarları qarşılayıb.

Həbsxanadan çıxan kimi onun ilk sözü “salam, Azadlıq, salam Türkiyə” olub. CHP lideri Kemal Kılıcdaroğlu ona zəng edib. Deyib ki, “parlament səni gözləyir”

Mustafa Balbay 2009-cu ilin martında həbs olunmuşdu. Dövləti yıxmaq ittihamı ilə 2013-cü ilin avqustunda 34 il azadlıqdan məhrum edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG