Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:01

Nelson Mandelanın anım günündə 70 ölkənin lideri iştirak edəcək



Bu gün Yohanesburq stadionunda on minlərlə adamın Cənubi Afrika Respublikasının (CAR) mərhum prezidenti Nelson Mandelanın anım günündə iştirak edəcəyi gözlənilir.

Anım günündə 70 ölkənin lideri iştirak edəcək. Onların arasında ABŞ, Fransa prezidentləri, Britaniya hökumətinin başçısı, BMT-nin baş katibi də var. Dünya liderlərinin çoxu mərasimdə nitq söyləyəcək.

Stadionun yerləşdiyi əraziyə adamlar gecədən yığışmağa başlayıb.

Nelson Mandela geniş ictimaiyyət qarşısına sonuncu dəfə 2010-cu ildə çıxıb.

Dövlət səviyyəsində dəfn dekabrın 15-ə təyin olunub.

Uzun illər aparteizmə qarşı mübariz aparmış Nobel mükafatı laureatı, 95 yaşlı Nelson Mandela dekabrın 5-də vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG