Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:18

Moskvada həbs edilənı Orxan Zeynalovun həbs müddəti aprelin 10-dək uzadılıb


Orxan Zeynalov
Orxan Zeynalov
Rusiyada adam öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddəti aprelin 10-dək uzadılıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Müstəntiq onun telefon danışıqlarını, 4 şahidin yerini və ekspertizanın nəticələrini əldə etmək üçün həbs müddətinin artırılmasını istəyib.

Vəkil həbs müddətinin uzadılmasına etiraz edib. O saxlanarkən Orxan Zeynalova qarşı güc tətbiq edildiyini və xəsarət aldığını bildirib.

Orxan Zeynalov bu ilin oktyabrında Moskvanın Biryulova rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətlində ittiham olunur. Bundan sonra polis Rusiyada miqrantlara qarşı kütləvi reydlər keçirilib.
XS
SM
MD
LG