Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Nə üçün siz axmaq, xəstə və yoxsulsuz?


Randy Gage-in kitabı
Randy Gage-in kitabı
-

Həyatda necə uğur qazanmaq olar? Bu barədə sizə məsləhət verən çox ola bilər. Amma 9 bestseller müəllifi Randy Gage elə bir adamdır ki, özü həyatın dibindən çıxaraq multimilyoner ola bilib.

O, kitablarında belə suallar qoyur: Nə üçün siz axmaq, xəstə və yoxsulsuz?... Necə ağıllı, sağlam və varlı olmaq olar? Onun əsərləri dünyanın 25 dilinə çevrilib. Bakı Kitab Klubu onun “Pul məktəbi” əsərini Azərbaycan dilində çap edib.

Yeniyetmə yaşlarından Rendi alkoqola və narkotikə meyilli olub. Onu Madison West High School məktəbindən qovublar. 15 yaşında Rendi, oğurluq və silahlı soyğuna görə həbsə alınıb.

1975-ci ildə, şərti azadlığa buraxıldıqdan sonra o, həyatını dəyişməyi qərara alır. 16 yaşında təkbaşına Mayamiyə köçür ki, burada həyatının arzusunu reallaşdırsın. O, Howard Johnson's restoranında qabyuyan işləyir, sonra, menecer vəzifəsinə qədər yüksəlir və nəhayət Mr Pizza restoranına sahib olur.

30 yaşında onun Mr Pizza restoranı vergi müfəttişliyi tərəfindən borclarına görə müsadirə olunur və auksiona çıxarılır. Rendi 55.000 dollar borcla işsiz qalır və ac qalmamaqçün, ev əşyalarını satmağa başlayır.

Bu cür çətin vəziyyətdə olarkən Rendi “tərəqqinin qaydalarını” araşdırmağa başlayır. Bu, onun dünyaca məhşur “uğur eksperti” kimi tanınmasının başlanğıcı olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG