Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22

İlham Əmiraslanov azadlığa çıxıb


-
«Kür» Vətəndaş Cəmiyyəti fəalı, hüquq müdafiəçisi İlham Əmiraslanov həbsdən azad olunub.

Bu barədə AzadlıqRadiosuna «Kür» Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev məlumat verib.

İlham Əmiraslanov cəzası şərti cəza ilə əvəzlənib.

İlham Əmiraslanov 2012-ci il iyunun 8-də qanunsuz silah saxlamada təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmişdi.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiəçiləri onu «vicdan məhbusu» kimi tanıyıb.

İlham Əmiraslanov Kür daşqınlarının yaratdığı problemlərin həll olunması, daşqınlardan ziyan çəkmiş vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG