Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

Sumqayıt Dövlət Universitetinin rektoru işdən çıxarılıb


-
Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov vəzifəsindən azad edilib.

AzadlıqRadiosunun sorğusu əsasında Təhsil Nazirliyi bildirib ki, Nadir Qəhrəmanov işdən azad olunması üçün özü ərizə ilə müraciət edib.

Hələlik rektorun səlahiyyətləri müvəqqəti prorektora həvalə edilib.

Qanunvericiliyə əsasən, rektorların işə təyin və işdən azad olunması məsələləri ölkə prezidentinin səlahiyyətlərinə daxildir.

Nadir Qəhrəmanov 2000-ci ildən ilə Sumqayıt Dövlət Universitetinə rəhbərlik edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG