Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:09

Olimpiya qızıl medalı 1,4 milyon dollara satılıb


Jesse Owensin qazandığı və buna görə Adolph Hitleri cin atına mindirən olimpiya qızıl medalı 1,4 milyon dollara satılıb.

Tarixi medalla bağlı auksion online keçirilib və naməlum alıcı medal üçün 1,4 milyon dollar ödəyib.

Bu, olimpiya medalları üçün indiyədək ödənilən ən yüksək məbləğdir.

Atlet Jesse Owens 1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında qalib gəlməklə Hitlerin "ali irq" ideyasına zərbə endirib. O, Berlindəki yarışlarda 4 medal qazanıb. Digər üç medalın harda olduğu bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG